Aİ ilə Türkiyə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur

Aİ ilə Türkiyə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur

Almaniyanın “Welt” qəzeti yazır ki, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur. Bu ilin mart ayının sonunda bu qurum ilə Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.
Nəşr yazır ki, Brüssel Ankara ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Toplantının başlıca müzakirə mövzusunu beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika və təhsil məsələləri təşkil edəcək. Tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin, Avropa İttifaqı Şurasının sədri Donald Tuskun, Avropa Parlamentinin başçısı Antonio Tayaninin və Bolqarıstanın baş naziri Boyko Borisovun qatılması gözlənilir.
Siyasi analitiklər qeyd edirlər ki, tərəflər arasında beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika və təhsil məsələləri ilə bağlı işbirliyinin güclənməsi sonrakı mərhələdə strateji məsələlərlə bağlı razılaşmaların əldə edilməsinə imkan yaradacaq.