“Tert.am” saytı yazır ki, Ermənistanın siyasi gələcəyi sual altındadır. Çünki ölkədə etirazlar güclənir, xalq ilə hakimiyyət arasında ziddiyyətlər isə artır. “Yelk” partiyasının rəhbəri Nikol Paşinyan qeyd edib ki, hazırkı hakimiyyət üsyan və etirazların qarşısını ala bilməyəcək.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hakimiyyətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq.
Politoloq Oleq Kusbnetsov isə Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu deyib. Siyasi rejim dəyişsə belə, bu ölkə mövcud problemləri həll etmək iqtidarında deyil.