“The Telegraph” qəzeti yazır ki, Avropa İttifaqının sıralarını tərk edən ölkələr sırasına Polşa da qatıla bilər. Nəşr Avropa Şurasının rəhbəri Donald Tuska istinadən məlumat verir ki, Polşa hakimiyyəti Avropa İttifaqından çıxmaq üçün referendum təşkil edə bilər. O bildirib ki, Polşa daha çox maliyyə məsələlərinə diqqət yetirir, təhlükəsizlik məsələsi isə ikinci planda yer alır. Əgər Brüsseldən maliyyələşmə dayansa, Varşava bu addımı atacaq. Ekspertlər isə bunu Avropa İttifaqında “mərkəzdənqaçma” tendensiyasının davam etməsi kimi qiymətləndirirlər.