Rusiya ÜTT-dən imtina edə bilər

Rusiya ÜTT-dən imtina edə bilər

“Gazeta.ru” saytı yazır ki, Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ixrac məsələlərinə dair yaranan problemlər bu ölkənin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxması məsələsini aktuallaşdırıb. Mənbənin məlumatına görə, əgər Aİ-nin irəli sürdüyü iddia nəticəsində Rusiyanın 1,39 milyard avro ödəməsi barədə qərar təmin edilərsə, ölkənin ÜTT-dən ayrılması gerçəkləşə bilər.
Rusiya Federasiya Şurasının İqtisadi Komitə sədrinin birinci müavini Sergey Kalaşnikov isə bildirib ki, Aİ tərəfindən Rusiyaya sanksiyaların tətbiqi ÜTT-nin prinsipləri ilə uyğun gəlmir. Şuranın beynəlxalq əlaqələr üzrə sədr müavini Vladimir Cabbarov isə deyib ki, Rusiya ÜTT-də problemlər və sanksiyalardan başqa heç nə ilə üzləşmədiyinə görə bu qurumu tərk edə bilər.