TASS agentliyi yazır ki, Rusiya AŞPA-nın yanvar sessiyasına nümayəndə heyətini göndərməkdən imtina edib. Dövlət Dumasının spikerinin müavini Pyotr Tolstoy deyib ki, milli nümayəndə heyətlərinin ayrı-seçkiliyə məruz qalmaması barədə məsələ qurumun qayda-qanunları sırasına daxil edilməyib. Qaydalar dəyişənə qədər isə Rusiya nümayəndə heyəti AŞPA-nın sessiyasına qatılmayacaq. Ekspertlər isə bunu Rusiya ilə qurum arasında növbəti ziddiyyət kimi dəyərləndirirlər.