Yunanıstanda polislə nümayişçilər arasında qarşıdurma baş verib, çoxlu sayda etirazçı həbs edilib

Yunanıstanda polislə nümayişçilər arasında qarşıdurma baş verib, çoxlu sayda etirazçı həbs edilib

“Reuters”in məlumatına görə, Yunanıstanda sosial-iqtisadi məsələlərlə bağlı keçirilən aksiyaların miqyası genişlənib. Ölkədə bir qrup etirazçı parlament binasına daxil olmağa cəhd göstərib. Onlar siyasi məhbusların azad edilməsini tələb ediblər. Etiraz aksiyası çərçivəsində polislə nümayişçilər arasında qarşıdurma baş verib, çoxlu sayda etirazçı həbs edilib.
Mənbə qeyd edir ki, etiraz aksiyası “domino effekti” ilə bütün ölkəni bürüyüb. Nümayişçilər Patras, Afina və Solonikidə hakim solçu partiya olan Sirizanın ofisini zəbt ediblər.