SEPAH Bəhreyndə ABŞ radar stansiyasına dronlarla zərbə endirdiyini bildirib

SEPAH Bəhreyndə ABŞ radar stansiyasına dronlarla zərbə endirdiyini bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən Riffa hava bazasındakı ABŞ radar stansiyasına altı hücum pilotsuz uçuş aparatı buraxdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

SEPAH hücumun İranın hərbi obyektlərinə qarşı ABŞ-nin hərəkətlərinə cavab olduğunu bildirib.

Məlumata görə, bu, İranın son üç gün ərzində Bəhreyndəki ABŞ obyektinə ikinci hücum cəhdidir.

Qeyd edək ki, ABŞ hərbçiləri cümə günü Bəhreyn istiqamətində hərəkət edən iki İran dronunu ələ keçirdiklərini açıqlayıblar. Vaşinqton SEPAH-ın son bəyanatına hələ münasibət bildirməyib.