Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb

Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb

Ukrayna iki il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrindən 49,4 milyard dollar alıb.

APA xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin hesabatlarında öz əksini tapıb.

Məlumata görə, Kiyev 2026-cı ilin əvvəlindən bəri bu mexanizm çərçivəsində təxminən 10,5 milyard dollar maliyyə dəstəyi əldə edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə razılığa gəliblər.