Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

Sudanın cənubunda yerləşən Abyey regionunda qəbilələr arasında baş vermiş toqquşmalar nəticəsində 26 nəfər ölüb, 82 nəfər isə yaralanıb.

AZƏRTAC “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, region 2011-ci ildə yaranmış Cənubi Sudan Respublikası ilə sərhəddə yerləşir və mübahisəli ərazidir.

Ərazidə otlaq sahələri və ticarət məkanları uğrunda tez-tez toqquşmalar baş verir.