Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

Tramp: MKİ direktoru Ukrayna ilə bağlı bütün danışıqlarda iştirak edir

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların bütün aspektlərindən xəbərdar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Retkliffin “əla iş gördüyünü” və danışıqlarda hər şeydən xəbərdar olduğunu deyib.

ABŞ lideri xüsusi elçi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin də danışıqlarda yaxşı iş apardığını bildirib.

Qeyd edək ki, Retkliff avqustun 25-də Moskvaya səfər edib.