Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları müvəqqəti dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi Energetika Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-da Ər-Riyad və Midanah bölgələrinə kütləvi hücumlar həyata keçirildikdən sonra boru kəməri ehtiyat tədbiri olaraq bağlanıb.

Gündəlik 7 milyon barel ötürmə gücünə malik kəmər Səudiyyə Ərəbistanının neftinin şərqdən Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.