Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının tərəfdarları Marib əyalətinin şimalında məcburi köçkünlərin yerləşdiyi düşərgəyə ballistik raket zərbəsi endiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və yaralananlar var. Zərərçəkənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən gərginləşib.