ABŞ-nin Florida ştatında yerləşən Mayami Beynəlxalq Hava Limanında “Boeing 767” yük təyyarəsinin uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero Stutz məlumat verib.
Onun sözlərinə görə, “Amazon Prime Air” reysi üzrə uçuşa hazırlaşan yük təyyarəsi uçuş-enmə zolağından çıxıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib. “Hazırda azı beş nəfərin öldüyünü təsdiqləyə bilərik”, - deyə o bildirib.
Hadisənin yerli vaxtla saat 13:58-də baş verdiyi qeyd edilib.