İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz təyyarəyə hücum edib

İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz təyyarəyə hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının təhlükəsizlik zonasına girməyə çalışan ABŞ-yə məxsus pilotsuz yerüstü aparatı vurub.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Bundan əvvəl İran ordusu dəniz blokadasında iştirak edən iki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə ballistik raket zərbələri endirdiyini bildirmişdi.