Livanlılar evlərinə qayıdırlar

Livanlılar evlərinə qayıdırlar

Livan ilə İsrail arasında elan olunan atəşkəs artıq iki gündür davam edir.

AZƏRTAC xəbər verir ki, İsrail ordusunun Livana martın 2-də başlatdığı hücumlardan xilas olmaq üçün ölkənin şimalına köçmək məcburiyyətində qalan ailələr atəşkəsin elan olunmasından sonra evlərinə qayıtmağa başlayıblar.

Köç səbəbi ilə şimaldan cənuba uzanan yollarda avtomobillərin uzun tıxacı müşahidə edilib.