BƏƏ-də PUA hücumu nəticəsində 1 nəfər ölüb

BƏƏ-də PUA hücumu nəticəsində 1 nəfər ölüb

Birləşmiş Ərəb Əmirliklərində Fuceyra əmirliyinin əl-Rifa rayonunda səmada zərərsizləşdirilmiş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində 1 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, əmirlik hökumətinin mətbuat mərkəzinin məlumatına görə, ölən şəxs Banqladeş vətəndaşıdır.