ABŞ prezidenti Co Bayden oğlu Hunterin həbs oluna biləcəyindən narahatdır. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir: "Çox güman ki, Hunter Bayden iyunun 3-də məhkəmə qarşısına çıxacaq. Bu baxımdan, Ağ Ev Amerika liderinin psixoloji durumundan narahatdır".
Bundan əvvəl iş adamı Hunter Bayden atasının ABŞ Senatında keçirilən impiçment dinləmələrində iştirakdan imtina edib. O da qeyd olunur ki, proses Respublikaçılar tərəfindən başladılıb və dəstəklənib.
Havar Şəfiyeva