Repressiya maşınının sükanı arxasındakı “məsum” Paşinyan və Qərb demokratiyasının gerçək siması

Repressiya maşınının sükanı arxasındakı “məsum” Paşinyan və Qərb demokratiyasının gerçək siması

Nikol Paşinyan Ermənistanda elə atmosfer yaradıb ki, revanşistlərin “kürkünə birə düşüb”.  Bu günlərdə küncə sıxışdırılan müxalifət lap bizim “Mozalan”dakı kadrları xatırladır: “Hamımızı qıracaq!” Axı bir az əvvəl Paşinyan anons etmişdi, təxminən belə: “Özümə təzə müxalifət düzəldəm gərək”.

Ermənistanın Baş naziri ölkədə yeni, dövlətyönümlü müxalifətin formalaşmasına ehtiyac olduğunu bəyan edib. Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən bildirib ki, bir sıra icmalarda toplanan 80-90 faizdən çox səslər onu sevindirməyib. Bu arada, Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı bələdiyyə seçkilərində iştirak edən bir neçə müxalifətçi də saxlanılmışdı. Amma nə olsun, nə ATƏT, nə MATƏT səsini çıxartmadı, heç deyəsən, müşahidə də eləmədilər. Əksinə, Paşinyanı Brüsselə, Avropa İttifaqının sammitinə dəvət etdilər. Üstəlik, müxalifətçilərin başına açdığı oyunlara, evlərindəki axtarışlara, davam edən həbslərə, Paşinyanın yeni müxalifət yaradılması ilə bağlı planlarına da reaksiya “0”-dır. Avropa da belə Avropadır. Axı, Paşinyan “Qərbin adamı” kimi təqdim olunub. Hakimiyyəti dövründə Rusiya ilə ən yüksək ticarət dövriyyəsinə malik olan Ermənistanın hökumət başçısı Qərbin sadiq adamı imiş, xəbərimiz olmayıb.  

Ermənistanın - Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə,  Ermənistan özünü mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən  ölkə kimi təqdim edir. Baş nazir Nikol Paşinyan bu fikri Facebook  səhifəsində paylaşdığı videoda

Demək belə...İrəvanın Nor Nork rayon məhkəməsi sahibkar və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın həbs müddətini üç ay uzadıb. Qərar bir az əvvəl elan olunub. Xatırlatmaq yerinə düşər ki, Qaqik Tsarukyan iyulun 7-də, elə seçki günü külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. Daha sonra ona qarşı, bu dəfə vergidən yayınma ilə bağlı yeni cinayət işi başlanıb. Tsarukyanın vəkilləri onun həbsi üçün heç bir əsasın olmadığını iddia edirlər. Amma əsas həmişə tapılar, necə deyərlər.

Nikol Paşinyan hələ seçkilər zamanı “müharibə partiyası”nın hər üç liderinin başını əzəcəyini, hətta onları divara “suvayacağını” demişdi. Hesab edirdi ki, onlar sülhə təhlükədirlər və hakimiyyəti zəbt edərlərsə, Ermənistanı savaşa sürükləyəcəklər. Məsələnin bu tərəfindən baxdıqda, haqq edir, hələ az edir. Məsələn, başı əzilməli Robert Köçəryanı da “içəri”də çürüdür. Amma onu və digər Xocalı canilərini keçmişdə vətəndaşı olduqları ölkəyə - Azərbaycana təhvil versə, həm özü birdəfəlik rahat nəfəs alar, həm də gerçəkdən sülh tərəfdarı olduğunu isbatlamış olar. Hələlik Paşinyanın addımları yalnız öz kreslosunu qorumağa yönəlib, sülh sazişinin imzalanmasına yox.

Samvel Karapetyan yenidən həbs edildi

Bu gün “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində də bir aylıq həbs qərarı çıxarılıb. Hakim Levon Petrosyanın sədrlik etdiyi məhkəmə iclası bütün gecə davam edib və ev dustaqlığı həbslə əvəzlənib. Dünən səhər saatlarından etibarən İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və Milli Məclisdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın yaşadıqları ünvanlarda axtarışlar aparmışdılar.  İstintaq Komitəsinin açıqlamasında bildirilir:

“Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar aparılır”.

 Komitə bildirib ki, “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram məbləğində ziyan dəydiyini qeyd edib. Samvel Karapetyan və digər 35 nəfərə qarşı cinayət təqibi başlanılıb, onların hamısı saxlanılıb.

Beləliklə, Paşinyan həm rəqiblərini zərərsizləşdirir, həm Rusiyanın adamlarının əl-qolunu bağlamaqla Kremlə yerini göstərir, həm Qərbə “korrupsiya ilə mübarizə apardığını” nümayiş etdirir, həm də ölkədə əmlakın yenidən bölüşdürülməsi əməliyyatını davam etdirməklə, büdcəyə əlavə vəsaitlər qazandırır. Kütləvi həbslərə Qərb çevrələrindən isə reaksiya yoxdur. Hətta ABŞ Senatına seçilən müsəlman senator kreslosuna oturmamış Ermənistanın müdafiəçisi olacağını bəyan edir.

 Ermənistan müxalifəti Paşinyan əleyhinə aksiyaları davam etdirir

Bu sözləri Ermənistan müxalifətinin son çırpıntıları da saymaq olar. “Bu hakimiyyətin 2018-ci ildən bu günə qədər heç bir halda əl çəkmədiyi və əl çəkməyəcəyi bir vasitə var. Bu, həbs, həbs barədə vəsatət qaldırılması, insanların həbsdə saxlanılması və repressiv mühitin yaradılmasıdır”. Müxalifətdən olan parlament sədrinin müavini Aram Vardevanyan  “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs edilməsi barədə məhkəmə qərarını məhkəmə binası qarşısında şərh edərkən deyib. Müxalifətçi vitse-spiker qeyd edib ki, hakimiyyət heç bir başqa məsələdə belə ardıcıllıq nümayiş etdirmirlər. “Bu hakimiyyət “Artsax Ermənistandır və nöqtə” deyirdi, sonra isə Qarabağı tamamilə unutdu. Amma həbslər məsələsində 2018-ci ildən bəri ardıcıl mövqe tuturlar. Mən sizə kiçik bir araşdırma aparmağı və səs-küylü bütün işlər üzrə şəxsin həbsdə olduğu, daha sonra ev dustaqlığına və ya digər qətimkan tədbirinə məruz qaldığı halları nəzərdən keçirməyi təklif edərdim. Görün, həmin şəxs bu qətimkan tədbirinin şərtlərini pozduğu və, məsələn, müstəntiqin və ya prokurorun “Gəlin, onu yenidən həbs edək” dediyi heç olmasa bir hal olubmu? Belə bir hal tapa bilməyəcəksiniz”.

Əslində bu, Ermənistan hakimiyyətinin ifşa açıqlamasıdır. Amma əyninə çox böyük olan “demokrat” libası geyindirilmiş Paşinyana münasibətdə Qərb təşkilatları davam edən repressiyalara məhəl qoymurlar. Üstəlik, Paşinyana Avropa Sülh Fondunun, digər ayrı-ayrı təşkilatların ayırdığı milyonlar onun əlini daha da möhkəmləndirir.

Azərbaycanın hətta vahid məktəbli geyimini tətbiq etməsini də müzakirəyə çıxaran, dünyəvi dövlətin bu qərarını az qala insan haqlarının “boğulması” kimi təsbit edən Qərb çevrələri və digər anti-Azərbaycan qüvvələr nədənsə Ermənistan hakimiyyətinin ölkədə tətbiq etdiyi repressiv siyasəti “görmürlər”. 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişə Azadlı Aktını – sanksiya qərarını tətbiq edən, bu günədək onu birdəfəlik ləğv etməyən amerikalı konqresmenlər də səslərini udublar. Hətta bir müddət əvvəl 100-dən artıq konqresmenin Azərbaycana qarşı hərəkətə keçdiyini gördük. Eyni zamanda Avropa Parlamenti də yalnız Azərbaycan həbsxanalarında “eşələnir”, Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair qəbul edilmiş obyektivlikdən uzaq qətnamənin, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamların hələ “40-ı çıxmayıb”.  Görün analoji mövqe Ermənistana münasibətdə sərgilənərmi? Qəti mümkün deyil!

Ermənistan müxalifəti Paşinyana UDUZUR | Modern.az

Maraqlısı bilirsiniz nədir? Ermənistan hakimiyyətinin oliqarx  müxalifətçi Samvel Karapetyanın başına açmadığı oyun qalmayıb, əmlakına təcavüz edilib, özü ev dustaqlığından çıxarılıb, həbsə atılıb. Amma səsi heç yerə çatmır. Rusiyanın adamıdır, ona görə Qərb susur? İcazənizlə, bu arqumenti qəbul etməyək. Ona qalsa, digər oliqarx Ruben Vardanyanı da Kreml “xüsusi tapşırıqla” Qarabağa göndərmişdi, nə olsun guya vətəndaşlıqdan imtina etmişdi. Azərbaycan dövləti antiterror əməliyyatından sonra erməni separatçısı və oliqarxını, ölkəmizə qarşı çoxsaylı cinayətlər törətmiş bu şəxsi qandaladı və barəsində məhkəmə hökmü var. Amma Qərb təsisatları, paytaxtları onu azad etməkdən ötrü gecə-gündüz çalışırlar, həbsinə hansısa yırtıq “don” geyindirmək istəyirlər. Həmçinin Azərbaycana qarşı 30 il ərzində cinayətlər törətmiş digər canilərlə bağlı Avropanın bəlli siyasəti var...

Başqa bir misal: deyək ki, Robert Köçəryan Azərbaycanda Xocalı soyqırımına görə mühakimə olunsaydı, bu gün Avropa təşkilatları “tumanlarını başlarına keçirmişdilər”, Bakıya çağırışın ardı-arası kəsilmirdi. Amma baxın, 2018-ci ildən bəri Paşinyan Köçəryanı, Serj Sərkisyanı, digərlərini dəfələrlə “dama basdırıb”, nə parlament toxunulmazlığı hərləyib, nə başqa məsələləri, amma Avropadan heç bir reaksiya yoxdur. Bir daha xüsusilə vurğulayaq, Azərbaycana qarşı cinayətlər törədənlərin ən sərt şəkildə cəzalandırılmasını, uşaq qatillərinin Beynəlxalq Haaqa Tribunalı qarşısında cavab vermələrini istəyirik! Amma axı,  bilirik, Paşinyan onları Azərbaycana qarşı cinayətlərinə görə cəzalandırmır, sadəcə özünün əl-ayağına dolaşmasınlar deyə, neytrallaşdırıb. Unutmamışıq, hələ Qarabağ işğalda olanda mühakimə edilən Köçəryan - Sərkisyan cütlüyünün məhkəmə prosesinə Xankəndi separatçıları gedirdilər, onu müdafiə üçün...    

Qəti şübhəmiz yoxdur, əgər Köçəryan Bakıda mühakimə olunsaydı, bax, onda bütün dünya-aləm AŞPA, Avropa Parlamenti, senator, konqresmenlər, Fransa Senatı, şvabekimilər nəslinin təmsilçilərinin vay-şivəninə qulaq kəsilərdi. Beləcə, işğal illərində müşahidə etdiyimiz ikili standartlar davam edir, daha kəskin, daha ciddi...Amma kimsə bizə demokratiya, insan haqları nağılı danışmasın, necə deyərlər, mollalıq eləməsin! İşğal illərində Xocalı qatilləri Köçəryan - Sərkisyan cütlüyünə tribuna verənlər bu gün də repressiya maşınının sükanı arxasında oturan “məsum” Paşinyanı yuxarı başa dəvət edirlər. Həmin Brüssel zamanında Qarabağ separatçılarının da “su yolu”na döndərdiyi ünvanlardan biri idi, unutmamışıq... Qərb demokratiyasının gerçək siması bizə çox tanışdıq. Ona görə də heç kəs bizim daxili işlərimizə qarışmasın!

Elşad Paşasoy