Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə ölkədə rus dilinə verdiyi dəstəyə görə təşəkkür edib.
Bu barədə yeniazerbaycan.com TASS agentliyinə istinadən xəbər verir.
"Rus dilinin inkişafına, rus dilini tədris edən 304 məktəbə verdiyiniz dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm. Azərbaycan məktəblilərinin 34% - i bu və ya digər şəkildə rus dilində təhsil alır", - deyə Putin azərbaycanlı həmkarı ilə görüşdə bildirib.