Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü olub

Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü olub

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Varşavada keçirilən NATO Sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.