Bu gün yerli mediada Azərbaycanın İsraildə səfirlik açacağı ilə əlaqədar xəbər yayımlanıb.
Məlumatda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin fikirlərinə yer verilib.
yeniazerbaycan.com məsələ ilə əlaqədar fikirlərini öyrənmək üçün Fərid Şəfiyevə müraciət edib. O, sözlərinin təhrif olunduğunu bildirib: “Mən bu barədə danışmaq istəmirəm. Çünki media orqanları fikirlərimi təhrif edir, fərqli başlıq altında təqdim edirlər. Mən İsraildə səfirliyimizin dəqiq nə vaxt açılacağını deməmişəm”.