Ali qonaqların şərəfinə ziyafət

Ali qonaqların şərəfinə ziyafət

AZƏRTAC xəbər verir ki, mayın 23-də İstanbulun Dolmabağça sarayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Dünya Humanitar Sammitində iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.