Çin Şansi əyalətindəki Tayyuan peyk buraxılış mərkəzindən orbitə yeni peyk buraxıb.
“Yunhai-3 02 Star” peyki ilə birlikdə “Çançjen-6” (Long March 6) raketinin dəyişdirilmiş versiyası yerli vaxtla saat 06:51-də (Bakı vaxtı ilə 03:51) buraxılıb.
“China Aerospace Science and Technology Group” tərəfindən yaradılan peyk orbitə çıxıb. Peyk atmosfer və dəniz tədqiqatları, kosmik mühitin monitorinqi, təbii fəlakətlərin qarşısının alınması və elmi təcrübələr üçün istifadə olunacaq.