Azərbaycan-Türkiyə qardaşlığının rəmzi
05.12.2023 [12:28]
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi Ermənistan üçün çox böyük sarsıdıcı zərbə oldu. Vətən müharibəsində ağır məğlubiyyət yaşayan Ermənistan müharibə cinayətlərindən qalmırdı. Mənfur düşmən Azərbaycanın şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tuturdu. Nəticədə 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar və qadınlar həlak olmuşdur. Dörd yüzdən çox mülki vətəndaş yaralanmış, beş mindən çox ev dağıdılışdır.
Hər gün ağır məğlubiyyət yaşayaraq geri çəkilən düşmən Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanat əslində Ermənistan üçün kapitulyasiya aktı oldu. Bu Bəyanatın imzalanması ilə Azərbaycanın möhtəşəm Zəfəri rəsmiləşdi. Azərbaycan diplomatik müstəvidə də qələbə qazandı. Ermənistan Üçtərəfli Bəyanata imza atarkən öz üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Kapitulyasiya aktına əsasən bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində böyük işlər aparmışdır. Ölkə başçısının yorulmaz fəaliyyəti öz səmərəsini verdi. Belə ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, eləcə də digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə davamlı olaraq dolğun məlumat çatdırıldı. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdı.
27 sentyabr 2020-ci ildə ölkəmiz əks-hücum əməliyyatlarına başladıqda məhz bütün dünya bildi ki, Azərbaycan öz haqq işi - ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır. Müharibənin ilk saatlarından isə qardaş Türkiyə Respublikasının Prezidenti bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır. Hərbi əməliyyatlar bitənə qədər qardaş Türkiyə ölkəmizə davamlı olaraq siyasi-mənəvi dəstək oldu. Türkiyənin bu siyasi-mənəvi dəstəyi xalqımızda əlavə bir ruh yüksəkliyi yaradır və tək olmadığımızı göstərirdi. Azərbaycan və Türkiyə bir soy-kökə məxsus ölkələrdir. Xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq hər zaman mövcud olub. Lakin Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzidir.
Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmuşdur. Bundan əlavə, paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

