Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Aysel Şeydayeva: Prezident İlham Əliyevin təşəbbüsü beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə atılan mühüm addımdır

Aysel Şeydayeva: Prezident İlham Əliyevin təşəbbüsü beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə atılan mühüm addımdır

11.07.2020 [10:36]

“Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüs irəli sürüb və bu təşəbbüs 130-dan çox BMT-yə üzv dövlət tərəfindən dəstəklənib. Bu təşəbbüsün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın növbəti göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva deyib.

A.Şeydayeva bildirib ki, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsinin səbəblərindən biri də odur ki, xüsusi sessiya pandemiyaya qarşı beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev belə əhəmiyyətli bir təşəbbüslə qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri və əməli addımların atılmasının vacibliyini gündəmə gətirməyi bacardı. Bu təşəbbüs bir daha dünya dövlətlərinin bütün güclərini hazırki pandemiya şəraiti üçün səfərbər etmələrinin, dünyanı bu bəladan birlikdə xilas etməyin daha əlverişli yollarını tapmalarının əhəmiyyətini ortaya qoyur.

“Bütün dünyaya məlumdur ki, hazırda pandemiya ilə mübarizədə həmrəy olmaqdan başqa bir yol yoxdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi çox mühüm hadisədir. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında qurumun Baş katibi tərəfindən çağırılmalıdır. Prezident İlham Əliyevin bu təşəbbüsünün dəstəklənməsi bir daha onu göstərdi ki, dövlətimizin başçısının düşünülmüş addımları, qərarları təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir”,- deyə vurğulayan cənab Prezident İlham Əliyev yenə də əzmkarlıq nümayiş etdirərək, xalqımızın sağlamlığı üçün əlindən gələni edir, hətta irəli sürdüyü təşəbbüslərlə təkcə Öz ölkəsinin vətəndaşlarının deyil, bəşəriyyətin təhlükəsizliyinin Onun üçün vacibliyini diqqətə çatdırır. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə işğalçı Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bu təşəbbüsə qarşı çıxış etməklə sadəcə yenidən özünü rüsvay etməyi və cılızlığını dünyaya göstərməyi bacardı. Bütün dünya isə Ermənistanın əsl irticaçı mahiyyətinin bir daha şahidi oldu. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin, atdığı addımların əhəmiyyəti, dünya səviyyəsində dəstəklənməsi, uğurlu siyasi fəaliyyəti bir daha deməyə imkan verir ki, xalqımız bu sınaqdan da üzüağ çıxacaq”,-deyə A.Şeydayeva qeyd edib.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31