Gəncə şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
24.03.2018 [10:21]
“Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ildə də daha böyük uğurlara imza atacaq, öz sürətli inkişafını davam etdirəcək. Ötən illərdə olduğu kimi bu il də daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə deyib.
Millət vəkili respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük qayğı göstərildiyinə diqqət çəkib, ölkə ilə yanaşı son 7-8 ildə özünün intibah dövrünü yaşayan Gəncə şəhərində də gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb. Azərbaycan Respublikasının növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirən Naqif Həmzəyev ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, gəncləri həm ictimai-siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə gənclərin şəhərin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, Gəncə gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.
Gəncə Dövlət Universitetinin baş müşaviri Asif Cavadov qeyd edib ki, prezident seçkisində hər kəsin fəal iştirak etməsi, səsvermə hüququndan yararlanması dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstək deməkdir.
Gənclərdən Nərmin Əliyeva, Cavid Mustafayev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini, Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətini böyük ruh yüksəkliyi ilə dəstəkləyəcəklərini bildiriblər.
Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

