Cəbrayıl rayonunun işğaldan azad olunması – Zəfər tariximizin şanlı səhifəsi
02.10.2026 [15:57]
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələnin başlanğıcı oldu. 27 il ərzində
işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun həyata
keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu da düşmən işğalından azad edildi.
Cəbrayılın azad olunması həm rayon sakinləri, həm də bütün Azərbaycan xalqı üçün böyük
tarixi və mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi.
Cəbrayıl rayonunun işğalı 1993-cü il avqustun 23-də baş vermişdi. İşğal illəri ərzində
rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmış, əhalisi doğma yurdlarından didərgin
düşmüşdü. Cəbrayıllıların uzun illər ərzində əsas arzusu doğma torpaqlarına qayıtmaq, ata-
baba yurdlarında Azərbaycan bayrağının yenidən dalğalanmasını görmək idi.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarının ilk günündə Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Oktyabrın 3-də Mehdili,
Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad olunması ilə Cəbrayıl
istiqamətində Azərbaycan Ordusunun uğurları daha da genişləndi.
4 oktyabr 2020-ci il isə Cəbrayılın tarixində xüsusi əhəmiyyət daşıyan gün oldu.
Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu,
Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət
edərək Cəbrayıl şəhərinin azad olunması xəbərini elan etdi və bu tarixi hadisə bütün ölkədə
böyük sevinc hissi ilə qarşılandı.
Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsində azad edilən ilk şəhər
olması baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusunun Cəbrayıl
istiqamətində əldə etdiyi uğur sonrakı hərbi əməliyyatların gedişinə mühüm təsir göstərdi və
digər işğal olunmuş ərazilərin azad edilməsi üçün yeni imkanlar yaratdı. Cəbrayılın ardınca
Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Zəngilan, Qubadlı və digər istiqamətlərdə uğurlu
əməliyyatları davam etdi.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin böyük
qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirdiyini göstərdi. Rayonun azad edilməsi
ağır döyüşlər və şəhidlərimizin qanı bahasına mümkün oldu. Bu baxımdan Cəbrayıl Zəfəri
yalnız hərbi uğur deyil, həm də xalqımızın Vətən sevgisinin, milli iradəsinin və
torpaqlarımızın azadlığı uğrunda mübarizəsinin parlaq nümunəsidir. Prezident İlham Əliyev
də Cəbrayıl şəhərinin azad olunmasını Azərbaycan Ordusunun böyük qəhrəmanlığının
nəticəsi kimi qiymətləndirib.
Cəbrayılın azad edilməsindən sonra rayonun gələcək inkişafı və yenidən qurulması
istiqamətində genişmiqyaslı işlərə başlanıldı. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin
bərpası, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına
qayıtması qarşıya mühüm məqsədlər kimi qoyuldu. Beləliklə, Cəbrayılın tarixində yeni –
quruculuq və dirçəliş mərhələsi başladı.
Cəbrayılın azad olunması Azərbaycanın Zəfər tarixində əbədi yaşayacaq mühüm
hadisələrdən biridir. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 4 oktyabr
Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Cəbrayılın işğaldan azad edilməsini,
şəhidlərimizin qəhrəmanlığını və Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışını təcəssüm
etdirir.
Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə
Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi. 27 illik həsrətdən sonra doğma torpağa
qayıdış Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi oldu. Bu gün Cəbrayıl artıq
yalnız azad edilmiş rayon kimi deyil, həm də sürətlə yenidən qurulan, gələcəyə inamla
addımlayan Qarabağın mühüm yaşayış məkanlarından biri kimi inkişaf edir.
Cəbrayılın azad olunması göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç
vaxt itirməyib. 4 oktyabr 2020-ci il isə bu bağlılığın, milli iradənin və qəhrəmanlığın Zəfərlə
nəticələndiyi tarixi gün kimi yaddaşlarda əbədi qalacaq.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06

