Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əlaqələrimizin inkişafı möhkəm təmələ əsaslanır

Əlaqələrimizin inkişafı möhkəm təmələ əsaslanır

14.11.2024 [17:57]

Samir Qocayev,

YAP Goranboy təşkilatının sədri

Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü günümüzün reallıqlarının təqdimatı, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün aparılan müzakirələrin yekunu  olaraq imzalanan  Bəyannamədə əksini tapan müddəaların perspektivləri baxımından tarixə yazıldı.  Prezident İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini daim çıxışlarında belə ifadə edir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.  200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının malik olduğu iqtisadi potensialı, enerji resursları, yol-nəqliyyat infrastrukturu ilə bağlı fikirlərini diqqətə çatdıran  dövlət başçısı İlham Əliyev bildirir ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Zirvə görüşündə Ermənistanın işğalı altında qalan torpaqlarımızda  törətdikləri vəhşiliklər də diqqət göstərilən əsas məsələlər sırasında oldu. Cənab İlham Əliyev bildirdi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər: “Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.

Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinə xidmət edən addımlara diqqəti yönəldərək vurğuladı ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.

Keçirilən Zirvə görüşləri ölkələrin yalnız beynəlxalq təşkilatlar daxilində deyil, iktərəfli çərçivədə də əlaqlərinin inkişafına işıq salır. Son illərdə, tarixi Zəfərimizdən sonrakı mərhələdə türk dünyasının birliyni ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinin geniş miqyas almasında da görmək mümkündür. Cənab İlham Əliyev daim çıxışlarında səfərlərin xronologiyasına diqqəti yönəldərək müzakirə edilən məsələlərin gələcəkdə əlaqələrin inkişafında stimulverici amil olacağına əminliyini ifadə edir.

Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə yanaşı, türkdilli ölkələrlə münasibətləri də bütün sahələrdə uğurla inkişaf edir. Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana səfəri iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə də işıq saldı. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr tarixi, mədəni və dini yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır. Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər hər iki ölkənin liderlərinin səyləri, xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir. İki ölkənin beynəlxalq təşkilatlarda birgə fəaliyyəti siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə, eyni zamanda, qarşılıqlı etimadın güclənməsinə kömək edir. Beləliklə, Azərbaycan və Qırğızıstan regiondakı bir çox məsələlərin həllində birgə mövqe nümayiş etdirərək, münaqişələrin aradan qaldırılmasına və sülhün təmin edilməsinə yönəlmiş addımlar atırlar. Eyni zamanda, bu əməkdaşlıq müasir çağırışlar qarşısında iki ölkənin birgə strateji planlarını həyata keçirməsinə, həmçinin qlobal problemlərə dair daha geniş müzakirələrdə iştirak etmələrinə imkan yaradır. Nəticədə, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı beynəlxalq müstəvidə hər iki dövlətin nüfuzunu artıraraq, regional sabitliyin güclənməsinə dəstək verir.

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

NASCO XXVII...

14 Dekabr 11:54

Siyasət

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

14 Dekabr 09:49  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31