Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Autizm... Nə qədər məlumatlıyıq?

Autizm... Nə qədər məlumatlıyıq?

02.04.2024 [13:46]

Bu gün - 2 aprel tarixi bütün dünyada Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2008-ci ildən təsis edilən bu günün əsas məqsədi cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Bununla autizmlə bağlı məlumatlılıq səviyyəsinin artırılması, erkən diaqnoz və müalicənin yayılması nəzərdə tutulub. Həqiqətən də, aparılan araşdırmalar sübut edir ki, dünya autizmlə bağlı hələ də kifayət qədər məlumatlı deyil. Onun xəstəlik, psixi pozğunluq, yoxsa ki, simptom olduğu indiyə qədər dəqiqləşməyib.

Təəssüf ki, günümüzdə artmaqda olan Autizm ətraf aləmi dərk etmənin və digər insanlarla ünsiyyət qurmanın pozulması ilə xarakterizə olunan xəstəlikdir.

İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən "Autizm" termini elmi ədəbiyyata gətirilib. "Autizm" "autos" (özüm) yunan sözündən əmələ gəlib. Daha sonra psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq Autizmi” adını verib. 1944-cü ildə isə avstriyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları “Autist Psixopatiya” olaraq adlandırıb. Asperger sindromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur.

Tarixdə autizm olduğu güman olunan şəxsiyyətlər olub. Onlar arasında yaradıcı insanlar, alimlər, bir sıra kəşflərə imza atan mühüm imzalar də az olmayıb. Autizm və onun daşıyıcıları haqqında bədii və sənədli filmlər çəkilib. Ancaq nə həkimlər, nə də psixoloqlar autizmin yaranması və müalicəsi ilə bağlı ortaq qərara gələ biliblər.

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında da bu sindromdan əziyyət çəkənlər çoxluq təşkil etməkdədir. Autizm sindromlu uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin ilkin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz uşağın 3 yaşında qoyula bilər. Lakin valideynin uşaqda olan dəyişikliyi daha tez hiss etməsi mümkündür. Bu sindromun müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi son dövrlərdə daha geniş yayılıb.

Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:

1) Sosial inkişafda axsama. Bu uşaqlar öz yaşıdlarında müşahidə edilən ictimai bacarıqları yerinə yetirə bilmirlər. Autizmli uşaqlar tez-tez xarici aləmə əhəmiyyət vermir və tək qaldıqda daha rahat olurlar. Yetkinlərin marağını cəlb etməkdə istəksizdirlər. Ən əsas problemləri isə qarşı tərəfin hisslərini anlamaqda çətinlik çəkmələridir.

2) Dil inkişafındakı problem. Bu uşaqların böyük hissəsi başdan mənalı bir söz və cümlə qura bilmir, az qismində başdan sözlər və məhdud cümlə olsa da, 1-2 yaş arasında o qabiliyyətlərini itirirlər. Məsələn, özlərindən bəhs etdikdə "mən" demək əvəzinə "o" deyirlər. Deyilən sözləri və bəzi cümlələri tez-tez təkrarlayırlar. İzah etmə qabiliyyətləri zəifdir, daha çox maraq göstərdikləri mövzularda, mexaniki səslə ünsiyyət qururlar.

3) Təkrarlanan davranışlar. Bunlar iki qrupa ayrılır, bədən hərəkətləri, məsələn, barmaq ucunda gəzmək, əl çırpmaq, qol çırpmaq, sallanmaq, fırlanmaq. İkinci qrupa təkrar maraqlar aiddir, məsələn, davamlı olaraq eyni oyunları oynaması, bəzi predmetlərə mənasız bağlılıq.

Autizmin əlamətləri uşaqdan-uşağa şiddət və həyata təsir baxımından fərqlənir.

1 yaşdan əvvəl: Göz kontaktının olmaması, gülümsəməyə zəif cavab, təkliyə meylli olmaq, yad qayğısının yoxluğu, adı çağırıldıqda baxmama (8-10 ay), hecaların olmaması (dada, mama) 1-3 yaş arası: 1 yaşdan əvvəlki əlamətlərə əlavə olaraq, ortaq diqqətin inkişaf etməməsi; sadə təqlid bacarıqlarının (bay-bay, öpücük göndərmə) olmaması, yaşıdına maraq göstərməməsi, yaşıdları ilə oynamaması, oyunlara qarşı marağın olmaması, yaşa uyğun oyuncaqlardan daha çox yaşa uyğun olmayan əşyalarla (elektron, kredit kartı, qəzet, jurnal, yuyucu tozunun qutusu və s.) oynaması və onlara həddən artıq bağlı olması, təkrarlanan hərəkətlər (barmaq ucunda gəzmək, sallanmaq, fırlanmaq, tullanmaq, qəribə əl hərəkətləri), və yaşa uyğun danışıq qabiliyyətinin olmaması (1 yaşda mənalı söz olmaması, 2 yaşda cümlə qurması) əsas əlamətləridir.

Autizm sindromuna daha çox oğlanlarda rast gəlinir. Statistikaya baxdıqda dörd autizmli uşaqdan biri qızdır. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir. Amerikada aparılan təcrübələr göstərir ki, hər 166 uşaqdan biri auitizmə meyillidir, ən son nəticə isə Cənubi Koreyada iki faiz təşkil edir. Ölkəmizdə bu uşaqların sayı 4000-dən çox olduğu bildirilsə də, rəqəmlər dəqiq deyil. Bir neçə ilin statistikasına əsasən isə dünyada hər 88 uşaqdan biri, Azərbaycanda isə hər 100 uşaqdan iki-üçü autizmli doğulur. Dəqiq rəqəmlərin olmamasının səbəbi ailələrin bu xəstəliyi gizlətmələri, onların bu xəstəliklə bağlı məlumatsız olmalarıdır. Digər məqam isə onların müxtəlif adlarla qeydiyyata düşmələridir.

Bu sindromlu uşaqlar 2 yaşdan etibarən təlimlərə cəlb olunmalı, valideynlər bununla əlaqədar olaraq nevrepatoloqa və mütəxəssislərə müraciət etməlidirlər. Təbii ki, hər uşaq özünəməxsus olduğundan onlar üçün keçirilən təlimlər də fərdi xarakter daşımaqdadır. Bunun üçün də mütəxəssis uşağa düzgün yanaşmalı, təlimdən əvvəl dəqiq konsultasiya aparmalıdır.

Uşağın müalicəsi ilkin əlamətlər aşkar edildiyi vaxtdan başlamalıdır.

Qeyd edək ki, erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tətbiqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s. bir çox uşaqlarda müsbət nəticə verir.

Ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılmış, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur.

Bununla yanaşı, Nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara  defektoloji və psixoloji yardımlar göstərilir.

Həmçinin, paytaxtımızda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi var. Sözügedən reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Bəli, autizm xəstəlik deyil, fərqlilikdir!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30