ÜST rəhbəri yeni təhlükəli xəstəliklərə qarşı mübarizəyə birgə hazırlaşmağa çağırıb
22.09.2020 [08:36]
Biz dəqiq bilirik ki, gələcəkdə yeni viruslar və “İks” adlanan xəstəlik peyda olacaq.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidmətinə istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərkən söyləyib. O, yeni xəstəliklərin baş verməsinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin zəruri vasitələrə malik olduğunu vurğulayıb.
Doktor Tedros, SARS və H5N1 viruslarına qarşı mübarizənin təcrübəsinə əsaslanan Tailand hökumətinin və ictimaiyyətinin vaxtında və sürətlə səfərbər olunaraq COVID-19-un yayılmasının qarşısını ala bilmələrini misal gətirib. “Tailandda olduğu kimi “əzələ yaddaşının” inkişafı pandemiyaya qarşı mübarizə aparmaq üçün çox vacibdir və indi bütün dünya bu cəhətdən döyüş hazırlığında olmalıdır”, - deyə o vurğulayıb
ÜST rəhbərinin fikrincə, koronavirus artıq bu əsrdə baş vermiş ən təhlükəli xəstəliklərin ilk epidemiyası olmasa da, o beynəlxalq ictimaiyyəti qəfildən yaxalayıb. Bununla bağlı Tedros Zika və Ebola kimi xəstəlikləri misal gətirib.
“Hər dəfə eyni şey baş verir. Epidemiyanın ən qızğın çağında onunla mübarizəyə böyük pullar xərclənir, lakin sonrakı epidemiyaya hazırlaşmaq üçün ehtiyat fondunda vəsait qalmır”, - deyə Tedros söyləyib.
O xatırladıb ki, XXI əsrdə təhlükəli xəstəliklərin əksəriyyəti zoonoz xəstəliklərə, yəni insana heyvanlardan ötürülən xəstəliklərə aid olanlardır. Çox güman ki, COVID-19 da onların sırasına daxildir. Bu xəstəliyin əsas daşıyıcısının yarasalar olması və bu virusun onlardan digər heyvana keçərək insana yoluxması ehtimal olunur. Mümkün “vasitəçilər” sırasında panqolinlərin adı çəkilir.
ÜST rəhbəri insanın vəhşi təbiətin ərazisini mənimsəməkdə davam etdiyini və buna görə də yeni patogenlərin heyvanlardan insana keçməsi riskinin artdığını vurğulayıb.
Doktor Tedros bəyan edib ki, beynəlxalq ictimaiyyət ötən illərin təcrübəsinə əsaslanaraq yeni xəstəlik və pandemiyalara qarşı mübarizəyə birgə hazırlaşmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

