Gündəlik yoluxma sayının azalması vətəndaşlarda arxayınlıq yaratmamalıdır
14.08.2020 [11:49]
Ekspertlərin fikrincə, sosial məsuliyyətsizlik COVİD-19-a yoluxanların sayının yenidən artmasına yol aça bilər
Azərbaycan dövlətinin yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı apardığı effektiv mübarizə tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Avqustun əvvəlindən etibarən gündəlik yoluxma sayında azalmanın müşahidə olunması nəticəsində Azərbaycan hökuməti müxtəlif yumşaldılmalarla bağlı qərar qəbul etdi. Bununla belə vəziyyətin hər an dəyişə bilmə ehtimalının olması unudulmamalıdır. Nəzərə alınmalıdır ki, hazırki vəziyyəti belə qənaətbəxş hesab etmək olmaz və ən kiçik arxayınçılıq yenidən koronavirus pandemiyasının yayılmasına gətirib çıxara bilər. Daha doğrusu, indiki halda vətəndaşlar daha çox məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına, ən əsası sanitar-gigiyenik qaydalara riayət etməli və tibbi maskadan istifadə etməlidirlər. Əks halda daha fərqli və qorxulu bir vəziyyətlə üz-üzə qalma ehtimalı ortaya çıxa bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ölkəmizdə COVİD-19-a qarşı aparılan uğurlu mübarizə tədbirləri avqust ayının əvvəlindən etibarən gündəlik yoluxma sayının azalmasına gətirib çıxarıb. Millət vəkili qeyd edib ki, bu tendensiyanın saxlanılması üçün vətəndaşlar məsuliyyətli olmalıdırlar: “Hər bir vətəndaş mütləq şəkildə karantin rejiminin qaydalarına və tələblərinə, sanitar-gigiyenik qaydalara əməl etməli, tibbi maskadan istifadə etməlidir. Hər birimiz anlamalıyıq ki, kiçik bir ehtiyatsızlıq pandemiyanın yenidən alovlanmasına səbəb ola bilər. Bu səbədən də, məsələyə həssas yanaşılmalıdır. Mən bütün vətəndaşlara səslənirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarını ardıcıllıqla yerinə yetirsinlər, həm özlərinin, həm də digər vətəndaşlarımızın sağlamlıqlarını təhlükə qarşısında qoymasınlar”.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev də KİV-ə açıqlamasında son günlər yeni növ koronavirus infeksiyası ilə əlaqədar aparılan statistikada stasionar, ağır xəstələrin sayı və gündəlik yoluxma hallarında ciddi azalma müşahidə edildiyini diqqətə çatdırıb. O, bildirib ki, infeksion xəstəliklərin qarşısının alınmasında aparılan profilaktik tədbirlər və sərt karantin rejiminin tətbiqi xüsusi əhəmiyyət daşıyır: “COVID-19-dan sağalmaq, müalicə almaq infeksiyadan qorunmaqdan daha çətindir. Kimsə ehtiyatsızlıq, sosial məsuliyyətsizlik ucbatından koronavirusa yoluxa bilər. Lakin həmin xəstənin başqalarını yoluxdurmasının qarşısının alınması, xəstəliyin ağırlaşmadan müalicəsinin aparılması daha çox zəhmət tələb edən işdir. Xəstələrin sayının azalması heç bir halda hər şeyin ötüb keçdiyi və arxada qaldığı təsəvvürü yaratmamalı, əksinə daha artıq ehtiyatlı olmağa və məsuliyyətli davranmağa sövq etməlidir. Unutmaq lazım deyil ki, yoluxma təhlükəsi yenə də qalmaqdadır və ehtiyatsızlıq nəticəsində xəstələrin sayında yenidən artma baş verə bilər. Qaydalara nə qədər ciddi və düzgün əməl olunsa, yoluxmanın sürəti azalar və virusun zəncirvari olaraq yayılmasının qarşısı alına bilər. Vətəndaşlar arasında sosial məsuliyyət hissinin artması, virusun mövcudluğuna inanmayanların sayının azalması da yaxşı haldır”.
Vasif Əliyevin sözlərinə görə, birmənalı olaraq hamı bunu dərk etməlidir ki, problem dünyada həll olunmadığı halda, Azərbaycanda da qalacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

