/ / Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
14.08.2020 [11:38]
Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə Fondun builki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq 20 minə çatdırılması nəzərdə tutulur.
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 milyon manat artırılaraq 10 milyon manata çatdırılmasını nəzərdə tutur. İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.
Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə əvvəlki illə müqayisədə 42,45 faiz çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə təsərrüfatlarını yaradıblar.
2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün cari ildə Fonddan bu istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 milyon manat artırılaraq 78 milyon 735 min 400 manata çatdırılıb.
Məşğulluqda önəmli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq Fonddan ayırmaların 1 milyon manat artırılaraq 3 milyon manata çatdırılmasını nəzərdə tutur.
Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili işlərinə başlanması da planlaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

