/ / Amin Quliyev: Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
Amin Quliyev: Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
08.08.2020 [00:20]
“Bu gün Azərbaycan Respublikası beynəlxalq müstəvidə özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan, tam müstəqil siyasət aparan güclü dövlət kimi tanınır. Azərbaycanın qısa müstəqillik tarixində güclü və nüfuzlu dövlətə çevrilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sayəsində mümkün olub”. Bunu “Sağlam Gənclərlə Sağlam Sabah İnkişaf” İctimai Birliyinin sədri Amin Quliyev deyib.
O, diqqəti son illərdə dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələrinin bir qədər bundan əvvəl dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatının qarşısını qətiyyətlə alması faktına yönəldib. “Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatının qarşısını qətiyyətlə aldı. Şəhidlər versək də, dövlət sərhədimiz etibarlı şəkildə qorundu və düşmən ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı”, - deyə A.Quliyev bildirib.
O əlavə edib ki, müharibə şəraitində yaşayan ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. A.Quliyevin sözlərinə görə, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. “İndiyədək 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və müvafiq kateqoriyadan olan şəxslərə 7 minə yaxın avtomobil verilib. Eyni zamanda, Azərbaycanda pandemiya şəraitində də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin, minik avtomobillərinin verilməsi ənənəsi davam etdirilir. Belə ki, bu ilin sonunadək 1500 şəhid ailəsinin, müharibə əlilinin dövlət tərəfindən mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Onu da xatırladım ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qədər bundan əvvəl Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə qayğısının növbəti təzahürüdür”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

