“Uşaqların ədliyyə sisteminə çıxışı” mövzusunda videokonfrans keçirilib
03.06.2020 [08:38]
Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların ədliyyə sisteminə çıxışı” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNICEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Görüşdə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı qorunması üzrə ölkəmizdə görülən tədbirlər, bu sahədə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin, UNICEF ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin uşaqların hərtərəfli inkişafına daim göstərdiyi yüksək qayğıdan, ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən qanunvericilik və institusional tədbirlərdən bəhs edilib, dövlət uşaq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində məqsədyönlü addımların atıldığı vurğulanıb.
Uşaqlara, xüsusilə fiziki imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olanlara daim qayğı və həssaslıqla yanaşan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın balaca soydaşlarımızı əlamətdar gün münasibətilə təbrik etdiyi, onun rəhbərliyi və təşəbbüsü ilə uşaqların təhsili, sağlamlığı ilə bağlı çoxsaylı layihələrin həyata keçirildiyi və yeni müasir sosial infrastrukturun yaradıldığı diqqətə çatdırılıb, bu sahədə Heydər Əliyev Fondunun mühüm fəaliyyəti qeyd olunub.
Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi ölkəmizin də qoşulduğu BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin vacib hədəflərindəndir. Həmçinin bu sahədə Azərbaycan və UNICEF sıx əməkdaşlıq edərək yuvenal ədliyyənin inkişafı ilə bağlı birgə tədbirlər həyata keçirir. Eyni zamanda, ölkəmiz UNICEF tərəfindən hazırlanmış BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının yuvenal ədliyyə sahəsindəki öhdəliklərini ehtiva edən Öhdəlik Bəyannaməsinə qoşulub və sənəd bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən imzalanıb.
Doğumun qeydiyyatı sahəsində görülən tədbirlərdən bəhs olunaraq bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb, o cümlədən qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq, onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib. Bununla yanaşı, ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi kateqoriyaya aid uşaqlara sosial xidmətlərin göstərilməsi, onların reabilitasiyası, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yuvenal ədliyyə sahəsində hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin, vəkillərin təlimi, bu məqsədlə Ədliyyə Akademiyasında treninqlərin təşkili, müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün hüquqi yardım xidmətlərinin göstərilməsi, vətəndaş cəmiyyəti institutları ilə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi və s. ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

