Türkiyədə Ali Devrim adına kitabxananın açılış mərasimi keçirilib
11.01.2019 [09:43]
2013-2016-cı illərdə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri olmuş mərhum Ali Devrimin xatirəsi sevənləri və şagirdləri tərəfindən əbədiləşdirilib. Belə ki, onun adı Türkiyənin Aydın şəhərində bir kitabxanaya verilib.
Yanvarın 7-də Azərbaycanda Bakı Anadolu və Bakı Atatürk liseylərində müdir, həmçinin Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin təhsil müşaviri vəzifələrində çalışmış Ali Devrimin adı verilmiş Aydının Karpuzlu qəsəbəsi, Tekeler kəndində yerləşən orta məktəbin kitabxanasının açılış mərasimi olub.
Mərhumun oğlu Gökberk Devrimin “Yeni Azərbaycan”a verdiyi məlumata görə, mərasimdə Karpuzlu kaymakamı Mahmut Fazıl Yıldız, Aydının Milli Təhsil İdarəsinin müdiri Özden Erdoğan, Karpuzlu qəsəbəsi Milli Təhsil Şöbəsinin müdiri Cemal Ağırol, Karpuzlu qəsəbəsinin müftisi Himmet Metin, Türk Eğitim-Sen Şöbəsinin başkan yardımçıları Orhan Bayraktar və Ersoy Akçay, Eğitim Bir-Sen Şöbəsinin başkan yardımçısı Şefik Özpınar, Karpuzlu AK Parti İlçe Başkanı Akif Aydoğdu, Tekeler kəndinin muxtarı Murat Döndü, mərhum Ali Devrimin xanımı Hatice Devrim, qızı Gökçesu Devrim və başqaları çıxış ediblər.
Sonda Ali Devrimin oğlu Gökberk Devrim çıxış edərək iştirakçılara ailə adından təşəkkürünü çatdırıb.
Xatırladaq ki, 56 illik həyatını təhsilə və Türk dünyasına xidmətə sərf edən Ali Devrim 1960-cı il yanvarın 1-də İzmirin Berqama qəsəbəsinin Aziziyə kəndində anadan olub. 1984-cü ildə Elazığın Ağın qəsəbəsində tarix müəllimi kimi fəaliyyətə başlayan Ali Devrim 8 il orda işlədikdən sonra Dənizlinin Çivril, Aydının Kuşadası və Davutlar kəndlərindəki məktəblərdə müəllim və rəhbər vəzifələrdə çalışıb. 1999-cu ildə Aydın Efeler Liseyində tarix müəllimi kimi işə başlayan Ali Devrim 2004-2006-cı illərdə həmin məktəbdə müdir müavini olub. 2006-2008-ci illərdə Güzelçamlı Ayşıl Başöz Çoxproqramlı Liseyinin müdiri olub və sonra Bakı Anadolu Liseyinə təyinat alıb. Burada tarix müəllimi, lisey müdiri və həmçinin Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin təhsil müşaviri vəzifələrində çalışıb. Sonra təqaüdə çıxan Ali Devrim 2013-cü ildən ömrünün sonuna, yəni 2016-cı il noyabrın 15-nə kimi Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri olub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

