/ / “Regional İnkişaf” İctimai Birliyi valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib
“Regional İnkişaf” İctimai Birliyi valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib
24.05.2016 [10:05]
Düzgün peşə seçimi gələcək uğurun başlanğıcı hesab olunur və bu seçim insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin 9-11-ci sinif şagirdləri artıq öz peşə və ixtisas seçimində qərarlıdırlar. Peşə sahələri üzrə bilik və bacarıqların artırılmasında onlara dəstək məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə daxil olan müraciət əsasında valideyn himayəsindən məhrum uşaqlar üçün peşə yönümlü kurslar təşkil olunub.
21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri tərəfindən nəzəri və praktik dərslər keçirilib. Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub.
İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət mövzusunda əsərlər üzərində çalışıblar. Bu kursu bitirən şagirdlər əl işlərini sərgiyə təqdim etməyi planlaşdırır.
Eyni zamanda, internat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və elektrotexnik peşəsini seçiblər. Gənclər XXI əsrin yeni texnologiyaların inkişafı dövrü olduğunu nəzərə alaraq bu sənətə üstünlük veriblər.
Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb.
Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib.
Eyni zamanda, şagirdlərin seçdikləri peşəyə uyğun nəzəri və praktik biliklərinin artırılması məqsədilə təlim kurslarına iyun ayının ortalarınadək davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

