Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qrip virusu artır: Necə qorunmalıyıq?

Qrip virusu artır: Necə qorunmalıyıq?

24.01.2025 [14:07]

Qrip virusu son zamanlar uşaqlar və böyüklər arasında geniş yayılıb. Bu, xüsusilə soyuq havalarda və mövsümi dəyişikliklərdə, öskürək, halsızlıq, yüksək atəş şikayətləri ilə A və B qrip viruslarının yaratdığı bir infeksiyadır. Virusun artması insanlar arasında narahatlığa səbəb olur. Bəs xəstəliklərin yayıldığı bir vaxtd a bu qrip virusundan necə qorunmaq olar?

Həkim Zakir Abıyev bildirir ki, xəstəlikdən qorunmaq  üçün ilk növbədə maskadan istifadə etmək lazımdır: “Böyük insan toplumu olan yerə getsə belə, tez çıxmalı, yaxud  insanlarla çox kontkatda olmamalıdır. Evə qayıdarkən əlləri yumaq və əsasən soyuq havalarda başı bağlı gəzmək lazımdır. Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qrip özünü daha çox yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluqla göstərir. Xəstəlik adətən 2-7 gün davam edir. Əgər simptomlar çox yoxdursa, dərmanlardan istifadə məsləhət görülmür”. 

Bir sözlə, xəstəlikdən qorunmağın ən yaxşı üsulu təbii vasitələrdir. Çalışın təbii, düzgün qidalardan istifadə edərək sağlamlığınızın qeydinə qalasınız. 

Leyla Səməndər

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31