Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / NİİM: Piyada keçidindən istifadə etməmək və sürücü diqqətsizliyi təhlükə yaradır VİDEO

NİİM: Piyada keçidindən istifadə etməmək və sürücü diqqətsizliyi təhlükə yaradır VİDEO

30.10.2024 [17:54]

Piyada keçidindən istifadə etməmək, sürücü diqqətsizliyi və düzgün ara məsafəsi saxlamamaq təhlükə yaradır. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə NİİM və Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Xüsusilə, müşahidə kameralarının qeydə aldığı bu hadisə ötən gün günorta saatlarında Aeroport şosesində baş verib. Paytaxtın əsas yollarında piyada və sürücü ehtiyatsızlığından baş verən hər bir qəza sıxlığa, şəhərin digər istiqamətlərində hərəkətin fasiləsiz təşkilində ləngimələrə səbəb olur.

“Hər bir hərəkət iştirakçısı - piyada, sürücü qaydalara əməl etməli, digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır”, - deyə NİİM-in məlumatında bildirilib.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30