Dəniz suyundakı infeksiyalar...
07.08.2024 [11:13]
Necə qorunaq?
Yeganə BAYRAMOVA
İsti havalarda infeksiyalara yoluxma riskimiz nisbətən çox olur. Buna səbəb havada temperaturun yüksək olması nəticəsində virus və bakteriyaların daha sürətlə yayılmasıdır. Bu cür infeksiyalar hərarət, boğaz və qulaq ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir.
Məlumdur ki, çaylarda və dənizlərdə saysız-hesabsız mikro orqanizmlər yaşayır. Bir damcı çirklənmiş su, həmçinin mikroblu hissəciklər yayılmış hava ciddi problemlərə səbəb ola bilər. Belə ki, çimərlikdən aldığımız həzzin hesabını bəzən hansısa xəstəliklərlə ödəməli oluruq. Son vaxtlar azyaşlı uşaqlar arasında da müxtəlif infeksiyalar geniş şəkildə yayılıb.
Ekspertlər də isti havada bakteriyaların daha sürətlə inkişaf etdiyini düşünür. Bu baxımdan çimərlik mövsümündə dəniz suyunun laboratoji analizlərinin mütəmadi olaraq aparılması vacibdir.
Antisanitar vəziyyət bakteriyaları artırır
İnfeksionist Aydın Nəzərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bakteriyalar müəyyən temperaturdan sonra aktiv həyat tərzi keçirirlər: “Söhbət həm su, həm də qurudakı bakteriyalardan gedir. 18 dərəcə temperaturdan yuxarı şəraitdə bakteriyalar arta bilirlər. Xəzər dənizi göldür və heç bir okeana çıxışı yoxdur. Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər. Məsələn, axar çaylarda, kanallarda bakteriya az miqdarda olur. Bu mənada Xəzərdə bakterioloji çirklənmənin yüksək həddə olması müşahidə edilir”.
İnfeksionist çimərliklərdə bakteriyanın artmasının digər səbəbi kimi ərazidəki antisanitar vəziyyətin olduğunu qeyd edib: “Təmizliyə riayət olunmayan yerlərdə bakteriyaların sürətlə artma ehtimalı böyükdür. Yemiş, qarpız, qarğıdalı və başqa qida məhsullarını yeyib, qabığını dənizin kənarına və ya dənizə tullayanda, ərazi mütəmadi olaraq zibillərdən təmizlənməyəndə çirklənmə də qaçılmaz olur. Hələ çimərliklərdəki insan sıxlığının yaratdığı antisanitar vəziyyəti demirəm. Sahəsi kiçik olan çimərliklərdə yüzlərlə insanın suya birdən baş vurması əlbəttə ki, orada arzuolunmaz sanitar durum yaradacaq. İnsan bədənində olan və daxildən ifraz edilən tullantılar potensial bakteriyalardır. Fikir vermisinizsə, Xəzər dənizi bütün çirkabları məhz sahilə gətirir. Dənizin ortasının ekoloji vəziyyətilə kənarların ekoloji vəziyyəti heç də eyni deyil. Kənarlara getdikcə bağırsaq çöpləri yaradan bakteriyaların sayı da artır”.
Bağırsaq çöpləri...
A.Nəzərov dənizdə geniş yayılmış infeksiyalardan da söhbət açıb: “Dənizdə geniş yayılan infeksiyalardan biri bağırsaq çöpləridir. Belə ki, su ilə bir sıra bağırsaq infeksiyaları törədiciləri-bakteriyalar, viruslar və bəsitlər, o cümlədən, şigellər, salmonellar, O157:H7 ştamlı enterohemorragik bağırsaq çöpləri, enteroviruslar, noroviruslar və lyambliyalar insan orqanizminə ötürülür. Bəzi hallarda su hövzələrində aqressiv vəba vibrionu və bəsit kriptosporidiy aşkar etmək mümkündür.
Bağırsaq çöpləri infeksiyasının simptomları çox vaxt qəflətən və kəskin başlayır. Xəstəliyin ilk əlaməti diareyadır, yəni, sulu və ya qanlı ishal. Diareya qarın ağrısı, ürəkbulanma, qusma, halsızlıq, bəzən hərarətin artması ilə müşayiət olunur.
Fəsadsız bağırsaq infeksiyalarının müalicəsi su-duz mübadiləsinin rehidratantların vasitəsi ilə bərpa edilməsinə yönəlib. Yüngül və orta ağır gedişatlı xəstəliyin mikrobəleyhinə müalicəsinə ehtiyac yaranmır, çünki, bütün bağırsaq çöpləri özünüməhdud gedişatlıdır və bir neçə gün sonra özbaşına keçir. Bununla belə xüsusilə uşaqlarda qızdırma, halsızlıq varsa və diareya simptomları 5 gündən artıq davam edirsə, dərhal həkimə müraciət etmək vacibdir”.
Leptospiroz və insana yoluxma yolları
İnfeksionistin sözlərinə görə, bəzi heyvanların, misal üçün, iri buynuzlu heyvanların, atların, itlərin, gəmiricilərin sidik traktı leptospira növündən olan bakteriyalarla zədələnə bilər: “Sidiyə keçən törədici su hövzələrinə yayılır və onları çimmək üçün son dərəcə təhlükəli məkana çevirir. Leptospiroza yoluxmaq üçün adamın sadəcə çayda üzməsi yetər. Törədici qara ciyəri, böyrəkləri, kapilyarları və əzələ toxumasını zədələyir. Xəstəliyin simptomları yoluxandan 4-14 gün sonra aşkara çıxır. Leptospiroz yüksək hərarət, halsızlıq, qara ciyərin böyüməsi, əzələ ağrıları, taxikardiya ilə keçir. Simptomların qeyri-spesifikliyi xəstəliyin vaxtında tanınmasına mane olur. Xəstəlik 90 faiz hallarda orta ağır dərəcədə keçir və ağır fəsadlar törətmir. Lakin, yoluxanların 10 faizində ağır böyrək çatışmazlığı, massiv qanaxmalar və kəskin respirator-distress sindrom inkişaf edə bilər”.
“Üzgüçü qulağı”
A.Nəzərov bildirib ki, tez-tez suya baş vurmaq xarici otitin yaranmasına səbəb ola bilər: “Qulaqlara dolan su psevdomonadlara, stafilokoklara, bəzi anaeroblara və qrammənfi mikroorqanizmlərə yoluxmuş ola bilər. Bəzən xəstəliyin törədicisi aspergilla və ya kandida növündən olan göbələklərdir. Simptomları qulaq kənarının qızarması və şişkinliyi, qulaq ağrısı və qulaqdan bəzi çirklərin ifrazatıdır.
Xarici otitin müalicəsi çox vaxt yerlidir, kortikosteroidlər və antibiotik tərkibli kombinə olunmuş qulaq damcıları infeksiyanın qarşısını tez alır. Ağır hallarda antibakterial preparatlar təyin edilir”.
Respirator infeksiyalar...
Həkim qeyd edib ki, “uğursuz”, qeyri-sanitar çimərliklərdən sonra əmələ gələn respirator xəstəlikləri də diqqətsiz qoymaq olmaz: “Bu, ilk növbədə, legionelyozdur. Legionellərə yoluxma ağ ciyər iltihabı təhlükəsi daşıyır. Legionelyozun simptomları ağ ciyər iltihabının klinik gedişatına uyğundur. Müalicə əsasən makrolidlər və ya ftorxinolonlar qrupuna aid antibiotiklərlə aparılır.
Bunan başqa, çimrəlikdən sonra bəzən enterovtirus infeksiyası olduqca ağır xəstəliyin-seroz meningitin yaranmasına səbəb olur. Xəstəliyin simptomları çimdikdən 1-2 həftə sonra aşkar olunur. Bədən hərarəti kəskin dərəcədə artır, şiddətli baş ağrıları, zəiflik, ürəkbulanma və qusma, qıcolma və başqa əlamətlər əmələ gəlir”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Sentyabr 12:34
İqtisadiyyat
09 Sentyabr 12:28
Elm
09 Sentyabr 12:27
Gündəm
09 Sentyabr 12:03
Siyasət
09 Sentyabr 11:53
Gündəm
09 Sentyabr 11:46
Elm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37
Sosial
08 Sentyabr 11:06
Mədəniyyət
08 Sentyabr 10:45
Mədəniyyət
08 Sentyabr 09:53
Dünya
08 Sentyabr 00:00
İdman
07 Sentyabr 23:45
Hadisə
07 Sentyabr 23:30
İdman
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 23:07
Hadisə
07 Sentyabr 22:30
Xəbər lenti
07 Sentyabr 21:50
Xəbər lenti
07 Sentyabr 21:26
Dünya
07 Sentyabr 21:25
Turizm
07 Sentyabr 21:00
Xəbər lenti
07 Sentyabr 20:45
Sosial
07 Sentyabr 20:13
İqtisadiyyat
07 Sentyabr 19:52
Sosial
07 Sentyabr 19:19
İdman
07 Sentyabr 19:15
Dünya
07 Sentyabr 19:03
Dünya
07 Sentyabr 19:01
İdman
07 Sentyabr 18:41
Dünya
07 Sentyabr 18:09
Hərbi
07 Sentyabr 17:05
Elm
07 Sentyabr 16:49
Sosial
07 Sentyabr 16:19
Sosial
07 Sentyabr 15:48