Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Ülvi Məhərrəmovun anım günü qeyd edilib

Şəhid Ülvi Məhərrəmovun anım günü qeyd edilib

21.10.2021 [17:12]

Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhərrəmov Ülvi Tahir oğlunun anım günü qeyd edilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Öncə  Sumqayıt şəhər Şəhidlər Xiyabanı ziyarət edilib, Ülvi Məhərrəmovun məzarına əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbirdə vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib. Çıxış edən natiqlər bildiriblər ki, Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. O da qeyd edilib ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemləri hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxrlə və iftixarla anacaq.

Şəhid atası Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Paylaş
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30