Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan: Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz dəyişməzdir

Ərdoğan: Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz dəyişməzdir

21.10.2021 [15:35]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqola, Toqo və Nigeriya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.  Bu barədə yeniazerbaycan.com “sabah.com.tr” saytına istinadla xəbər verir.

Rəcəb Tayyib Ərdoğan media nümayəndələrindən birinin “İyun ayında Bakıya getdiniz və Şuşanı ziyarət etdiniz. Zəngəzur dəhlizinin açılması üçün addımlar atılacağını bilirdik. Bununla bağlı hər hansı bir irəliləyiş varmı? Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı üçün yenə orada olacaqsınız. Proqramınız haqqında ətraflı məlumat varmı?” sualına cavabında deyib: “Bakı proqramda yoxdur, amma inşallah hava limanını açacağıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. Ümid edirəm ki, hava limanı, oradakı bir neçə magistral və kənd təsərrüfatı ilə bağlı bəzi açılışlar edəcəyik. Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz dəyişməzdir. Yeri gəlmişkən, biz minaaxtaran texnikamızı Azərbaycana vermişik və veririk. Onlar da yüksək qiymətləndirilib. Bu maşınlar mina təmizləmə işində çox uğurludur”.

Jurnalistin “İranın Naxçıvan sərhədində və Cənubi Qafqazda hərbi fəallığı var. İran Azərbaycanın İsraillə münasibətlərini də gündəmə gətirir. Türkiyə Qafqazda aktiv və daimi bir aktora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi və proses krizisə çevriləcəkmi?” sualına cavabında isə Türkiyə Prezidenti “Şəxsən mənim belə bir gözləntim yoxdur. İsrailin Azərbaycanla münasibətlərinə görə İran Azərbaycanı hədəf seçmək kimi bir vəziyyət yaratmaz. Çünki bu gün İranda azərbaycanlıların say tərkibi göz qabağındadır. Bu, təbii ki, düşündürücü amildir. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İran, yeni rəhbərlik, bu səhvi davam etdirməyəcək”,-deyə vurğulayıb.

 

Paylaş
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30