Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Prokurorluq təkzib etdi

Baş Prokurorluq təkzib etdi

21.10.2021 [15:05]

Baş Prokurorluq Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun “uyğunsuzluğu” barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən yeniazerbaycan.com-a verilən  məlumatda deyilir:

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılmışdır.

Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilmişdir.

Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir”.

Baş Prokurorluğ bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edərək qeyd edir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!

 

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31