Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ milyonçusu ömürlük həbs cəzasına məhkum edildi

ABŞ milyonçusu ömürlük həbs cəzasına məhkum edildi

15.10.2021 [12:50]

ABŞ-da qətldə şübhəli bilinərək saxlanılan amerikalı iş adamı Robert Darst ən yaxın dostunu öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib. yeniazerbaycan.com BBC-yə istinadən xəbər verir ki, R.Darst 2000-ci ildə yazıçı Suzan Bermanın həyat yoldaşının yoxa çıxması barədə polisə məlumat verməsinə mane olmaq üçün onu öldürməkdə günahlandırılıb.

Prokurorlar Los-Anceles məhkəməsinə gətirilən 78 yaşlı Darstı "narsist-psixopat" olaraq xarakterizə ediblər. Darst dostunu öldürdüyünü inkar etsə də, məhkəmə heyəti, şahidin öldürülməsi də daxil olmaqla, cinayətin xüsusi hallarla əlaqəli olduğuna görə ona ömürlük həsb cəzası kəsib. Darstın vəkilləri hökmdən apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını bildiriblər.

Paylaş
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31