Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Özünü binadan atan 16 yaşlı qızla bağlı AÇIQLAMA

Özünü binadan atan 16 yaşlı qızla bağlı AÇIQLAMA

15.10.2021 [12:18]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb.

“Ötən gün Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə dərhal əlaqə saxlanılıb”.

Bu barədə yeniazerbaycan.com Komitənin mətbuat katibi Teymur Mərdanoğluna istinadən bildirir.

"Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır”, - Mərdanoğlu bildirib.

Paylaş
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31