Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər

15.10.2021 [11:15]

Yeni Azərbaycan partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun məzarını və ailə üzvlərini ziyarət ediblər.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Murad Qurbanov oktyabrın 11-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Qurbanov Murad Asif oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31