Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “TURKOVAC” koronavirusun “Delta” ştamına qarşı da təsirli olacaq

“TURKOVAC” koronavirusun “Delta” ştamına qarşı da təsirli olacaq

14.10.2021 [16:32]

Türkiyədə yeni növ koronavirusun ən təhlükəli növü olan “Delta” ştamına qarşı yerli “TURKOVAC” peyvəndinin effektivliyinin sınaqları davam edir.

yeniazerbaycan.com xəbər verir ki, peyvəndin hazırlandığı Erciyes Universitetinin rektoru Mustafa Çalış bu barədə “Anadolu” agentliyinə danışıb: "Koronavirusun “Delta” ştamına qarşı vaksinin effektivliyini öyrənirik. Sınaqlar həm transgen siçanlar, həm də könüllülər üzərində aparılır".

“TURKOVAC” peyvəndinin “Alfa” ştamında olduğu kimi, “Delta” ştamına qarşı da təsirli olacağına ümid etdiyini deyən M.Çalış onu da xatırladıb ki, sınaqlar yaxın vaxtlarda başa çatacaq.

Xatırladaq ki, Erciyes Universitetinin Türkiyə Səhiyyə Nazirliyi nəzdində Sağlamlıq İnstitutu ilə birlikdə hazırladığı “TURKOVAC” vaksini klinik sınaqların üçüncü mərhələsindədir.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31