Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxda “Vətən Naminə” sənədli filmin təqdimatı keçirilib

Yevlaxda “Vətən Naminə” sənədli filmin təqdimatı keçirilib

13.10.2021 [17:27]

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının inzibati binasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)  tərəfindən hazırlanmış  Vətən müharibəsinə həsr olunan “Vətən Naminə” sənədli filminin təqdimatı keçirilib.

yeniazerbaycan.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsindəki qalibiyyətimizdən bəhs edib. R.Əliyev qələbəmizin birliyimizin yenilməz gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın qətiyyəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, doğma torpaqlarımızın düşmən əsarətindən azad edilərək, tarixi ədalətin bəpa olunduğunu diqqətə çatdırıb.

Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, Vətən müharibəsi iştirakçısı Samir Kərimov xalqımızın şanlı zəfərinin iştirakçısı olduğu üçün fəxr etdiyini bildirərək, 44 günlük müharibədə xalq-ordu birliyinin, Ali Baş Komandanın dəmir yumruğunun bir daha əyani şahidi olduğunu qeyd edib. S. Kərimov keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra “Vətən Naminə” sənədli filmi nümayiş olunub.

 

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31