Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyada ilk: Xəstəyə nəql ediləcək ağciyər dronla daşındı

Dünyada ilk: Xəstəyə nəql ediləcək ağciyər dronla daşındı

13.10.2021 [12:31]

Kanadada bir xəstəyə transplantasiya olunacaq ağ ciyər dünyada ilk dəfə olaraq pilotsuz uçuş aparatı (dron) ilə bir xəstəxanadan digərinə nəql edilib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Toronto şəhərindəki “Western” xəstəxanasındakı xəstədən alınan ağciyər 6 dəqiqəlik uçuşdan sonra “Toronto General Hospitale” xəstəxanasına çatdırılıb.

Pilotsuz uçuş aparatı ilə nəqli həyata keçirən “Unither Bioelectronique” şirkətinin sahibi Martine Rotblat Kanadada ilk ikili və tək ağ ciyər transplantasiyasının keçirildiyi xəstəxana olduğu üçün “Toronto General Hospitale” xəstəxanasını seçdiklərini açıqlayıb. Rotbalt, həmçinin yaradılmış komanda ilə 18 ay ərzində apardıqları araşdırma ilə uğurlu nəql üçün bütün mərhələləri sınadıqlarını söyləyib.

 

Paylaş
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31