Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatının fəalları abadlıq işləri aparıblar

YAP Nərimanov rayon təşkilatının fəalları abadlıq işləri aparıblar

12.10.2021 [15:57]

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP)  Nərimanov rayon təşkilatının əməkdaşları və fəalları rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq və lövhələrin ətrafında abadlıq işləri görüblər. 

Belə ki, rayon təşkilatının nümayəndələri tərəfindən şəhid Sinan Məmmədovun yaşamış olduğu evin  həyətində gül kolları və yaşıllıq sahələrinə qulluq göstərilib. Həmçinin, bulaq və xatirə lövhəsinin ətrafında təmizlik işləri aparılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Sinan Məmmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Paylaş
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31