Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Prokurorluq vətəndaşlara müraciət etdi

Baş Prokurorluq vətəndaşlara müraciət etdi

12.10.2021 [11:30]

Baş Prokurorluq xaricdə təhsil almaq adı ilə dələduzluq edən şəxslərlə bağlı vətəndaşlara müraciət edib.

Qurumun Mətbuat Xidmətindən yeniazerbaycan.com-a verilən məlumatda bildirlir ki, son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.

Prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir.

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Paylaş
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31